"Şuşa şəhərindəki quruculuq işlərində gənclər də iştirak edirlər. Bu tədbirə qatılan ICESCO rəhbərliyinə, Gənclər və İdman Nazirliyinə, eləcə də forum iştirakçılarına təşəkkür edirəm".
Bizim.Media xəbər verir ki, bu sözləri Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov "By Youth For Youth" (Gənclər tərəfindən gənclər üçün) Beynəlxalq Forumundakı çıxışı zamanı deyib.
O, möhtəşəm təşkilatçılığa görə xoşbəxt olduğunu bildirib:
"By Youth For Youth" Beynəlxalq Forumuna ilk ev sahibliyi edən Şuşa şəhəri oldu. Bu diyar gənclərin enerjisi ilə inkişaf edir. Buraya ailələr köçməyə başlayıb. Şəhər yenidən canlanır. Artıq sentyabr ayında Şuşada yaşayan uşaqlar məktəbə gedəcəklər. Eləcə də Xankəndidə Qarabağ Universitetin təməli qoyuldu. Qürurverici hisslərdir".
Qeyd edək ki, Şuşada təşkil olunan forumun məqsədi İslam Dünyası gənclərinin sülhyaratma, davamlı inkişaf, mədəniyyət, ətraf mühitlə bağlı baxış və təcrübələrini müzakirə etmək, bu sahədə onların iştirakına, innovativ həllərin müzakirəsinə və gənc liderlərin şəbəkələşməsinə imkan yaratmaqdır. Forum öz işinə 26-27 iyunda Bakı şəhərində gənclərin iştirakı ilə panel müzakirələr və təqdimatlarla davam edəcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:12 / 25.06.2024
Aydın Kərimov: "Sentyabr ayında Şuşada yaşayan uşaqlar məktəbə gedəcəklər"
Hazırda oxunan: Aydın Kərimov: "Sentyabr ayında Şuşada yaşayan uşaqlar məktəbə gedəcəklər"
Hazırda oxunan: Aydın Kərimov: "Sentyabr ayında Şuşada yaşayan uşaqlar məktəbə gedəcəklər"
198945
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.