“Neftçi” Peşəkar Futbol Klubunun baş icraçı direktoru postuna yeni təyinat baş tutub.
Klubdan Bizim.Media-ya verilən məlumata görə, bu vəzifə türkiyəli funksioner Cenk Sümerə tapşırılıb.
“Beşiktaş”ın idarəetmə sistemində çalışmış mütəxəssis klubun yenidənqurma və inkişaf, futbol idarəçiliyi, marketinq və biznesin inkişafı departamentlərində rəhbər vəzifələrdə fəaliyyət göstərib, həmçinin vitse-prezident vəzifəsini tutub.
Həm idman, həm menecment sahələrində zəngin təcrübəyə malik C.Sümer “Neftçi”də əsasən strateji idarəetmə ilə məşğul olacaq. İdarəetmə sisteminin təkmilləşdirilməsi, başlamış islahatların sürətləndirilməsi, klubun strukturunun optimallaşdırılması mütəxəssisin qarşısına qoyulan tapşırıqlardandır.
Bununla yanaşı, “Neftçi”nin yeni Müşahidə Şurası təsdiqlənib.
Müşahidə Şurasının sədri Hafiz Zeynalov, üzvləri isə Emin Əmrullayev, Orxan Sultanov, Fərid Hacıyev, Emil Alxaslı, Bəxtiyar Aslanbəyli və Afaq Məmmədova seçilib.
Bizim.Media
- A-
- A
- A+
İdman
11:56 / 25.06.2024
“Neftçi”də baş icraçı direktor postuna YENİ TƏYİNAT
Hazırda oxunan: “Neftçi”də baş icraçı direktor postuna YENİ TƏYİNAT
Hazırda oxunan: “Neftçi”də baş icraçı direktor postuna YENİ TƏYİNAT
Neftçi Peşəkar Futbol Klubunun baş icraçı direktoru postuna yeni təyinat olmuşdur. Türkiyəli funksioner Cenk Sümer bu vəzifəyə təyin olunub. Klubun idman, menecment sahələrində zəngin təcrübəyə malik olan C.Sümer, strateji idarəetmə ilə məşğul olacaq. Müşahidə Şurasının yeni üzvləri də təyin edilib.
198918
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.