Dağıstanda terror qurbanlarına və ailələrinə 570 min dollardan çox yardım ayrıldı

Hazırda oxunan: Dağıstanda terror qurbanlarına və ailələrinə 570 min dollardan çox yardım ayrıldı

198869

Dağıstan hakimiyyəti terror aktları nəticəsində həlak olan və yaralananların yaxınlarına yardım üçün 50 milyon rubl (570 min dollardan çox) vəsait ayırıb.

Bizim.Media xəbər verir ki, bu barədə jurnalistlərə regionun rəhbəri Sergey Melikov məlumat verib.

“Həlak olanların ailələrinə başsağlığı verirəm. Ölənlərin və yaralananların ailələrinə maddi yardım göstəriləcək”, - deyə Melikov bildirib.
Onun sözlərinə görə, xəsarətin dərəcəsindən və zərərçəkənlərin sağlamlıq vəziyyətinin ağırlığından asılı olaraq, onlara 500 min rubla qədər əlavə yardım da göstəriləcək.

Qeyd edək ki, Dağıstanda terror hücumu baş verib. Nəticədə 20 nəfər ölüb. terror aktı zamanı 46 nəfər yaralanıb, 7 yaralının vəziyyəti ağır qiymətləndirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin