Kürdə batan gəncin axtarışları müvəqqəti olaraq dayandırılıb

Hazırda oxunan: Kürdə batan gəncin axtarışları müvəqqəti olaraq dayandırılıb

198861

Bu gün Kür çayının Neftçala rayonu, Bankə qəsəbəsi ərazisindən keçən hissəsində batan şəxsin axtarışları nəticəsiz olaraq dayandırılıb.

Bizim.Media-nın yerli bürosu xəər verir ki, batan şəxs 25 yaşlı Babayev Rəhim Qurban oğlunun yaxınlarının dediyinə görə, Rəhim idmanla məşğul olurmuş və tez-tez Kürdə üzməyə gedirmiş.

Kürdə batan Rəhimin paltarları sahildə qalsa da o, telefonunu götürməyərək evdə qoyub. Yaxınları ondan xəbər almayınca axtarışına çıxıblar.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub və bundan sonra xüsusi bərə Kürə buraxılıb ki, suyun ləpələndirilməsi ilə batan şəxsi axtarmaq asanlaşsın.
Saatlarla çəkən axtarış gecə saatları olduğu üçün sabaha qədər dayandırılıb.

Qeyd edək ki, bədbəxt hadisə ilə üzləşən Babayevlərin ailəsində bir bacı-bir qardaş olaraq iki övlad olublar.

Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin