“Səbail”in hazırlıq planı müəyyənləşdi

Hazırda oxunan: “Səbail”in hazırlıq planı müəyyənləşdi

198842

“Səbail”in 2024/2025 mövsümü üçün yay hazırlıq planı bəlli olub.

Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 27-də baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında bir araya gələcək komanda iyulun 3-nə qədər məşqləri Bakıda keçirəcək.

“Dənizçilər” iyulun 5-də toplanışın ikinci mərhələsi üçün Türkiyəyə yola düşəcək. Ərzurumda baş tutacaq təlim-məşq toplanışında komanda 3 yoxlama oyununa çıxacaq.
“Səbail” iyulun 11-də 1-ci Liqa təmsilçisi “Ərzurumspor”la, 13-də isə Türkiyə Superliqası klublarından “Hatayspor”la qarışlaşacaq. Sonucu rəqib və oyunların başlama vaxtı ilə bağlı yaxın günlərdə məlumat veriləcək. Ərzurum toplanışı iyulun 18-dək davam edəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin