Moskva vilayətində "Platan" Elmi-Tədqiqat İnstitutunun binasında baş verən yanğın sahəsi 5000 kvadratmetrə qədər artıb .
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanğının şiddətlənməsnə binanın içərisindəki qaz-hava qarışığı olan silindrlər səbəb olub.
Hazırda hadisə yerində 130-dan çox mütəxəssis və 50 texnika çalışır.
Hadisə nəticəsində 9 nəfər ölüb. Onlardan iki nəfərin özünü 7-ci mərtəbədən atdığı, 7 nəfərin isə tüstüdən boğularaq öldüyü bildirilib.
Bizim.Media