Taleyin acı İRONİYASI – Toyda iştirak etdi, gecə amansız cinayətin qurbanı oldu... – VİDEO

Hazırda oxunan: Taleyin acı İRONİYASI – Toyda iştirak etdi, gecə amansız cinayətin qurbanı oldu... – VİDEO

Şabran şəhərindəki məktəbin direktoru toyda iştirak edərkən amansız cinayətin qurbanı oldu. Cinayət zamanı evə basqın olub və araşdırmalar davam edir. Cinayət barədə son məlumatlar.

198819

“Bu gecə cinayətkar dəstə üzvlərinin basqını zamanı öldürülən 54 yaşlı müəllimə Gülnarə Hüseynova  ötən gün iş yoldaşının toyunda olub. Toyda o qədər fəal iştirak edib, oynayıb ki... Səhər bu xəbəri eşidəndə donub qaldıq, sarsıldıq." 

Bu sözləri Şabran şəhərindəki Azərbaycanın Milli Qəhrəmanı Samir Zülfüqarovun adını daşıyan 3 saylı məktəbin direktoru Fidan Fərzəliyeva Bizim.Media-nın yerli bürosuna açıqlamasında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Şabranda evə BASQIN: Ölən və yaralanan var


Onun sözlərinə görə, mərhum 30 ilə yaxın idi ki, ibtidai sinif müəllimi idi.

Qeyd edək ki, Arif və Gülnar Hüseynovların 2 qızı var. Ərlə arvad  gecə yuxuda olarkən onlara basqın edilib. Nəticədə onların hər ikisi dünyasını dəyişib. Hadisəni törədən şəxslərdən biri saxlanılıb, digər üç nəfərin axtarışları isə davam edir.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin