Bu gecə evinə basqın zamanı ağır yaralanan Şabran şəhər sakini Arif Hüseynov Bakıda xəstəxanada ölüb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, o, çoxlu qan itirdiyindən həyatını xilas etmək mümkün olmayıb.
MÖVZU İLƏ BAĞLI:
Şabranda evə BASQIN: Ölən və yaralanan var
Qeyd edək ki, iyunun 24-də Şabran rayonunda fərdi yaşayış evinə basqın edilib. Nəticədə ev sahibi Arif Hüseynovun həyat yoldaşı Gülnarə Hüseynova qətlə yetirilib.
Basqının oğurluq məqsədi ilə törədildiyi deyilir. Faktla bağlı Şabran rayon prokurorluğunda cinayət işi açılıb.
Bizim.Media