Bəyimxanımın övladları ilk dəfə EFİRƏ ÇIXDI – VİDEO 

Hazırda oxunan: Bəyimxanımın övladları ilk dəfə EFİRƏ ÇIXDI – VİDEO 

198812

Əməkdar artist Bəyimxanım Əliyevanın övladları ilk dəfə efirə çıxıblar. 

Bizim.Media xəbər verir ki, həmin anlar sənətçinin qonaq olduğu “Günaylı gün” verilişində yaşanıb. 

Beş uşaq anası olan Bəyimxanımın iki qız övladlarından başqa üç oğlan övladı Kəlam, Kənan və Amin proqramın canlı yayımına qatılıb. 

Müğənni bildirib ki, Kəlam və Kənan əkizdirlər. Onların 8, Aminin isə 6 yaşı var. Proqramın gedişatında Bəyimxanım beş uşaq anası olmağın məsuliyyətindən söz açıb: 

“Beş uşağın anası olmaq asan məsələ deyil. Çünki mənim həm də işim, sənətim var. Mən bu sənətə dişim-dırnağımla, böyük zəhmətimlə gəlib çıxmışam. Mənim düşüncəmdə bir xanım üçün ilk növbədə onun ailəsi və övladlarıdır. Hər ikisi, yəni ailəm və sənətim də mənim üçün əziz, doğma idi. Çalışdım ki, nə qədər əziyyətli olsa da, bunun öhdəsindən gəlim. Uşaqlarım kiçik yaşlarında olanda qayınanam bizimlə birgə qalırdı və kömək edirdi. İndi övladlarımın hamısı böyüyüb, məktəbə gedirlər”. 

Əməkdar artist bildirib ki, həyat yoldaşı hər zaman ona dəstəkdir: 

“Həyat yoldaşım yaşımın elə bir zamanında qarşıma çıxdı ki, o mənə həqiqətən də dəstək oldu. Hələ sənətdən kənar mənəvi dəstək oldu və yaşamağıma stimul oldu. Biz ailə qurmazdan əvvəl razılaşmışdıq ki, sənətimə davam edəcəyəm. Sağ olsun ki, o, sözünü tutdu. Amma mən el şənliklərinə getmirəm və bununla da mən əvvəlcədən razılaşmışdım. Hər bir ailə başçısının özünə görə qayda, qanunları var. Subay vaxtı mən toylara gedirdim. Günün bu günü də məni toylarında görmək istəyirlər. Amma deyirəm ki, məni anlayışla qarşılayın”. 
 





Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin