Namiq: “Aygünlə duet oxumağım tənqidlərə səbəb oldu” – VİDEO 

Hazırda oxunan: Namiq: “Aygünlə duet oxumağım tənqidlərə səbəb oldu” – VİDEO 

198724

Meyxanaçı Namiq Qaraçuxurlu məclislərin birində çıxışı zamanı duet ortağı Xalq artisti Aygün Kazımova haqqında söylədiyi “Səhnə Aygün xanımı xoşbəxt edir” sözlərindən sonra qarşı tərəfin “Sən, Namiq isə məni xoşbəxt etmədin” fikirlərinə cavab verib. 

Bizim.Media xəbər verir ki, bu haqda söz xiridarı “Sözbaz” maqazin verilişinə müsahibəsində danışıb. 

N.Qaraçuxurlu bildirib ki, səhnədə A.Kazımova ilə edilən bu söhbətlər tamaşaçıları əyləndirmək xarakteri daşıyır: 

“Bizim səhnədə duet oxuyan zaman videolarımız sosial şəbəkələrdə çox paylaşılır. Hərdən Aygün xanımla zarafatlar edirik. Misal üçün, o çalışır ki, mikrofonu əlimdən alsın və sairə.

Soruşurlar ki, Aygün xanım niyə belə edir? Ona görə edir ki, sizə maraqlı olsun. Bizim səhnədəki hər bir hərəkətimiz tamaşaçıya maraqlıdır. Onlar bu videolara baxıb, “düzüb-qoşurlar”. Doğrudan da, bunlar bizim üçün xoşdur. Əlbəttə ki, bizim duetlərimizin bu qədər tələbatlı olması mənim üçün çox xoş bir haldır. Bu duetləri oxumaq öncədən Aygün xanımın ideyası olub. Görünür ki, bu duet ideyası da özünü doğruldub. Mənim bu yola (duet oxumağı nəzərdə tutur –red.) imza atmağım böyük tənqidlərə və “şok”lara səbəb olmuşdu.

Amma bilirdik ki, bu, yaxşı işdir. Bizdə tərsinə oldu, ajiotaj yarandı, tələbat oldu, ondan sonra biz Aygün xanımla yenidən duetlər oxumağa başladıq. Bizim münasibətlərimizdə biraz soyuqluq vardı, hərəmizin öz işi-gücü vardı. Tamaşaçılar sanki özləri bizi yenidən birləşdirdilər ki, yenidən oxumalısınız”. 
Qeyd edək ki, N.Qaraçuxurlu bir müddət əvvəl Xalq artisti Aygün Kazımova ilə iyul ayında yeni duetlərini təqdim edəcəyini bildirib. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin