Şabranda naməlum şəxslər evə basqın edib.
Bizim.Media xəbər verir ki, hadisə Şabran şəhərindəki evlərin birində gecə saatlarında baş verib.
Nəticədə ev sahibəsi Gülnarə Hüseynova qətlə yetirilib, həyat yoldaşı Arif Hüseynov isə ağır xəsarətlərlə rayon xəstəxanasına yerləşdirilib.
Hadisənin hansı zəmində baş verməsi açıqlanmır. Polis və prokurorluq əməkdaşları hərəkətə keçib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu