Bilal Hayee: “Öz ərazisini işğaldan azad etmək Azərbaycanın haqqıdır”

Hazırda oxunan: Bilal Hayee: “Öz ərazisini işğaldan azad etmək Azərbaycanın haqqıdır”

1987

“Azərbaycanla Pakistan iki qardaş dövlətdir və bizim əlaqələrimizin çox böyük tarixi var. Bu gün də iki dövlət bir-birini bütün məsələlərdə dəstəkləyir və müxtəlif sahələrdə ələqalərimiz uğurla davam edir”.

Bu sözləri Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee Bizm Media-ya açıqlamasında deyib. Səfir bildirib ki, Kəşmir problemində Azərbaycan Pakistanın yanındadır, istər ikitərəfli görüşlərdə, istərsə də, beynəlxalq miqyasda hər zaman bu dəstəyi ifadə edir:

“Biz də bu gün Azərbaycanın qəhrəman Ordusunun öz torpaqlarını işğaldan necə azad etdiyini izləyirik. Onlar başqasının torpağında yox, öz torpaqlarında döyüşürlər və uzun müddətdir, işğal altında olan torpaqlarını azad etməyə çalışırlar. Biz bunu hüquqi, legitim mübarizə hesab edirik. Bu, beynəlxalq hüquqda da öz əksini tapıb. Öz ərazinizi, Vətəninizi müdafiə etmək və erməni işğalına son qoymaq sizin haqqınızdır. Buna görə də biz bu məsələdə Azərbaycanı, onun hüquqi haqqını dəstəkləyirik”.

Pakistanlı diplomat həm öz dövlətinin, həm də Azərbaycanın terrordan əziyyət çəkən ölkələr olduğunu deyib: “Təəssüflə deməliyəm ki, Pakistanda tez-tez terror qruplaşmaları tərəfindən terror aktları törədilir. Biz bunun qarşısını almaq üçün mübarizə aparırıq. Azərbaycan isə erməni terroru ilə üz-üzədir”.

Ağanisə Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin