Moskvada Leninin məqbərəsini yandırmaq istədilər

Hazırda oxunan: Moskvada Leninin məqbərəsini yandırmaq istədilər

198665

Rusiyanın paytaxtı Moskvanın Tverskoy Məhkəməsi Qırmızı Meydandakı Lenin məqbərəsini benzin şüşəsi ilə yandırmağa cəhd edən Çitadan gələn Konstantin Starçukovu 4 il müddətinə azadlıqdan məhrum edib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə hökmün mətnində deyilir.

Qeyd edək ki, hadisə 2023-cü ilin iyulunda baş verib. Starçukov Qızıl Meydana bıçaq, qaz balonu və Molotov kokteyli ilə gəlib. O, şüşəyə yerləşdirilmiş fitilə od vuraraq onu Lenin məqbərəsinə tərəf atıb, bundan sonra polis əməkdaşları tərəfindən saxlanılıb. Cinayətkar öz hərəkətini bununla izah edib ki, o, bu yolla masonluğun Rusiya cəmiyyətinə təsiri ilə mübarizə aparır.

Həkimlərin rəyinə görə, o, uzun müddətdir ki, marixuanadan istifadə edir və narkomandır, lakin narkoloji dispanserdə qeydiyyatda deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin