Əcnəbilərin yaşamaları üçün ən bahalı ŞƏHƏRLƏR

Hazırda oxunan: Əcnəbilərin yaşamaları üçün ən bahalı ŞƏHƏRLƏR

198626

Honkonq (Çin) və Sinqapur dünyada əcnəbilərin yaşamaları üçün ən baha şəhərlər siyahısına başçılıq edir.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın “Mercer” konsaltinq şirkətinin qiymətləndirmələrinin nəticəsi əsasında hazırlanan hesabatda bildirilir.

Qiymətləndirmə 226 şəhər üzrə 200 amilə, o cümlədən mənzil kirayəsi, nəqliyyat və əyləncə xidmətləri, ərzaq, gündəlik tələbat mallar və geyimlərin qiymətlərinə əsasən aparılıb.
Siyahıda sonrakı 4 yeri İsveçrənin Sürix, Cenevrə, Bazel və Bern şəhərləri, ilk onluğun qalan yerlərini isə Nyu-York, London, Nassau (Baham adaları) və Los-Anceles tutur.

“Mercer”in ekspertlərinin rəyinə əsasən, əcnəbilərin yaşamaları üçün ən ucuz şəhərlər isə Nigeriyanın Abuca və Laqos, Pakistanın İslamabad və Kəraçi şəhərləri, habelə Bişkek, Blanayr (Malavi), Düşənbə, Durban (CAR), Vindhuk (Namibiya) və Havanadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin