Brüssel və Pekin Avropa İttifaqının (Aİ) Çindən gələn elektrik mühərrikli avtomobillərə tətbiq etmək niyyətində olduğu gömrük rüsumları ilə bağlı ilkin danışıqlar üçün “yol xəritəsi” haqqında razılığa gəliblər.
Bizim.Media xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi məlumat yayıb.
Avropa Komissiyası hesab edir ki, Çin elektromobil istehsalçıları dövlətdən əhəmiyyətli subsidiyalar alır və bu da onlara rəqiblərinə nisbətən elektrik mühərrikli avtomobilləri daha aşağı qiymətə təklif etməyə imkan yaradır. Beləliklə, ixrac edilən ucuz Çin elektrik mühərrikli avtomobilləri Avropa İttifaqında elektrik mühərrikli avtomobil istehsalçıları üçün rəqabətdə ciddi problem yaradır.
Bununla əlaqədar Avropa Komissiyası Çindən ixrac edilən elektrik mühərrikli avtomobillərə əlavə gömrük rüsumları tətbiq etmək niyyətini açıqlamışdı. Pekin isə buna etiraz edir, atılacaq addıma cavab olaraq Avropa İttifaqından Çinə idxal edilən ucuz donuz əti ilə bağlı araşdırmalara başlayacağını bəyan edib. Çin Avropa İttifaqından idxal edilən benzin mühərrikli avtomobillərə də əlavə vergi tətbiq etmək niyyətini bəyan edib.
Qeyd edək ki, Çinə bazarı Almaniya avtomobil istehsalçıları üçün önəmli olduğuna görə Berlin Çin elektrik mühərrikli avtomobillərinə əlavə gömrük rüsumlarının tətbiqini təxirə salınmasını vacib sayır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:35 / 23.06.2024
Avropa İttifaqı Çinlə elektrik mühərrikli avtomobillərlə bağlı danışıqlar aparır
Hazırda oxunan: Avropa İttifaqı Çinlə elektrik mühərrikli avtomobillərlə bağlı danışıqlar aparır
Hazırda oxunan: Avropa İttifaqı Çinlə elektrik mühərrikli avtomobillərlə bağlı danışıqlar aparır
Avropa İttifaqı, Çinlə elektrik mühərrikli avtomobillərlə bağlı danışıqlar aparır və gömrük rüsumları ilə bağlı müzakirələrə başlayır. Çinin ucuz avtomobilləri Avropa istehsalçıları üçün rəqabət məsələləri yaradır.
198591
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.