44 günlük Vətən müharibəsində çəkilmiş ŞOK VİDEO yayıldı

Hazırda oxunan: 44 günlük Vətən müharibəsində çəkilmiş ŞOK VİDEO yayıldı

19851

44 günlük İkinci Qarabağ müharibəsinin gedişində Ermənistan təbliğatı Azərbaycanın tərəfində guya "Yaxın Şərqdən gətirilmiş terrorçuların" döyüşdüyü haqda hər gün hay-küy salırdı.

Bunun sübutu kimi irəli sürülən "dəlillərdən" biri də hücuma keçən Azərbaycan ordusu sıralarından "Allahü Əkbər" sədalarının eşidilməsi idi. Bu isə düşmən təbliğatçılarının nəzərincə, Azərbaycan ordusunun sıralarında "İŞİD-çilərin döyüşdüyünə" birbaşa "sübut" idi.

Görünür ermənilər unutmuşdular ki, Azərbaycan müsəlman ölkəsidir və bir müsəlmanın üçün döyüşə "Allahü Əkbər" sədaları ilə girməsi çox təbiidir.

Sonradan qazilərimiz öz döyüş xatirələrində düşmənin üstünə "Allahü Əkbər" deyərək necə şığıdıqlarını, bölmələrin bir çoxunun parolunun məhz "Allahü Əkbər "olduğunu, düşmənin təkbir sədalarını eşidəndə necə qorxuya düşüb qaçdıqlarını danışırdılar.

Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə bir qrup döyüşçünün düşmənin güllə yağışı altında "Allahü Əkbər" hayqıraraq yüksəkliyə doğru necə irəlilədiyini, ora Azərbaycan bayrağını sancdıqlarını əks etdirən görüntülər yayılıb. (Oxu24.com)

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin