Ötən gün Qubada baş verən güclü seldən sonra çay daşqınlarının fəsadlarının aradan qaldırılması istiqamətində gecə saatlarından işlərə başlanılıb.
Quba FHK-nın sədri Tariyel İbrahimov Bizim.Media-ya açıqlamasında bildirib ki, güclü sel Cağacuqçay, Qudyalçay, Vəlvələçay, Ağçayda suyun səviyyəsinin normadan xeyli artıq qalxması səbəbindən qeydə alınıb.
Onun sözlərinə görə, yağış o qədər intensiv və güclü olub ki, 40 ilə yaxındır, suyu az olan Ağçaya da sel gəlib. Bu, görünməmiş təbii hadisədir.
Komissiya sədri selin ən çox yol təsərrüfatına ziyan vurduğunu deyib. Hazırda Qonaqkənd-Yerfi, Cimi, Xaltan, Rustov istiqamətində yolların selin tör-töküntülərindən təmizlənməsi işləri aparılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu