Ötən gecə Qusar rayonunda da sel sularının rayon ərazisində ciddi probllemlər. yaratdığı barədə məlumat vermişdik.
Qusar İcra Hakimiyyəti başçısının vəzifələrini müvəqqəti icra edən,rayon FHK-nın sədri Şahid Fərəməzov selin vurduğu ziyan barədə Bizim.Media-ya açıqlama verib:
"Güclü leysandan sonra sel sularının gətirdiyi qum, çınqıl Ləzə, Kuzun, Cağar kəndlərinə gedən yolları bağlayıb. Zindanmuruq kəndində kənd daxili yolları zədələyib. Dərhal əraziyə texnikalar cəlb efilib. "Şahdağ Turizm Mərkəzi”nə gedən və Ləzə yolu açılıb. Qusarçayda daşqın olub. Kuzun-Ləzə-Xuray elektrik xəttinin Qusarçayın üzərindən keçən hissələrində sel suları dayaqları aşırıb və aparıb.
Məlumata görə artıq Xuray kəndinin enerji xətti bərpa olunub. Digər xəttlərin bərpası işlərii davam etdirilir".
Qeyd edək ki, Qusarın Ləzə kəndində şəlalə də daşıb və sel suları Qusarçayın səviyyəsini daha da qaldırıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu