Lerikə qurban kəsməyə gedən Rusiya vətəndaşı qəza törətdi, xəsarət alanlar var.
Bizim.Media xəbər verir ki, hadisə Ələt-Astara magistralının 169-cu kilometrində, Lənkəran rayonu ərazisində baş verib.
Belə ki, Rusiya vətəndaşı 1964-cü il təvəllüdlü Tərlan Əsəd oğlu Tahirovun idarə etdiyi "Hundai" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı məhəccərlərə çırpılıb.
Nəticədə avtomobildəki sərnişinlər, Lerik rayonuna ziyarətə gedən 1960-cı il təvəllüdlü Tamella Kərim qızı Tahirova, 1971-ci il təvəllüdlü Aytən Ziyafəddin qızı Qarayeva və 1968-ci il təvəllüdlü Rəhilə Kərim qızı Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Daha ətraflı BakuTV-nin materialında:
- A-
- A
- A+
Cəmiyyət
06:17 / 22.06.2024
Qurban kəsmək niyyətləri faciə ilə bitdi - VİDEO
Hazırda oxunan: Qurban kəsmək niyyətləri faciə ilə bitdi - VİDEO
Hazırda oxunan: Qurban kəsmək niyyətləri faciə ilə bitdi - VİDEO
198424
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.