İntensiv yağış yağır, çaylardan sel keçir - FAKTİKİ HAVA 

Hazırda oxunan: İntensiv yağış yağır, çaylardan sel keçir - FAKTİKİ HAVA 

İyunun 21-i saat 21:30-a olan məlumata əsasən intensiv yağış barədə Milli Hidrometeorologiya Xidməti tərəfindən məlumat verilib. Çaylardan sel keçir, hava təhlükəsi yaşanır. Müraciət edilir ki, çayların sahilindən uzaqda durulmalı və sel hadisələrində təhlükəsizliyə diqqət edilməlidir.
198403

İyunun 21-i saat 21:30-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Vurğulanıb ki, Yevlax, Qobustan, Qrız, Şahdağ, Şamaxı, Altıağac, Quba, Qusar, Şabran, Xaltan, Gədəbəy, Xınalıqda arabir leysan xarakterli intensiv yağış yağır, şimşək çaxır.

Milli Hidrometeorologiya xidmətinin rəsmisi Asif Verdiyev bildirib ki, Quba rayonu ərazisindən axan Vəlvələçay, Caqacuqçay, Ağçay və Cimiçaydan sel keçib. Hazırda Şabran rayonu ərazisindən axan Gilgilçaydan sel keçir.

A. Verdiyev qeyri-sabit hava şəraiti və sellə bağlı vətəndaşlara müraciət edib: “Çayların sahilindən uzaqda, təhlükəsiz yerlərdə durmağı, sel hadisəsi zamanı çayların yaxınlığında dayanıb prosesi izləməməyi tövsiyə edirik. Nəzərə almaq lazımdır ki, bu, çox təhlükəlidir. Axının istiqamətinin hər an dəyişə biləcəyi heç kimə məlum deyil. Sel hadisəsi başlayan kimi dərhal həmin ərazi tərk edilməlidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin