Gündəlik həyatımızda ən adi ağrılarda belə ağrıkəsicilərə üz tutmaq adət halı alıb. Amma araşdırmalar onu göstərir ki, əlçatan, reseptsiz satılan bu dərmanlar ağrıların qarşısını tez bir zamanda alsa da, insan orqanizminə fəsadsız ötüşmür. Xeyrindən çox, ziyanı olan ağrıkəsicilərin həkim məsləhəti olmadan qəbulu da doğru deyil. Sakitləşdirici təsir göstərərək, ağrını müvəqqəti unutduran bu pereparatlar müxtəlif xəstəliklər törətmək qabiliyyətinə də malikdir.
Mövzuyla bağlı Bizim.Media-ya danışan həkim-terapevt Rasif Bağırov əczaçıların tövsiyə etdiyi ağrıkəsicilərdən istifadəni məsləhət görmür:
“Apteklərin təqdim etdiyi dərmanları almağı məsləhət görmürəm. Keyfiyyətli dərmanı həkim yazır və gedib alırlar. Ona görə ki, aptekdəki dərmanlar bəzən aylarla satılmır və əczaçı bu dərmanlardan yaxa qurtarmaq istəyir. Ona görə də keyfiyyətli, keyfiyyətsiz fərq etmədən təqdim edib, satırlar. Həkim müəyyən etmədən ağrıkəsici preparatlardan istifadə düzgün deyil. Çünki ola bilər ki, xəstənin ağrıları nevrogen ağrı olar və bu dərman nəticəsində ağrılar daha da güclənə bilər”.
Həkimin sözlərinə görə əgər xəstədə olan ağrılar somatik ağrılardısa, yəni hər hansısa travmadan yaranan ağrılardırsa, o zaman ağrıkəsici qəbulu düzgündür:
“Amma bu halda da dozanın həddini keçmək olmaz. Bu gün insan orqanizmində fəsad törədən dərmanlar elə məhz ağrıkəsici dərmanlardır”, deyə Rasif Bağırov qeyd edib.
Nailə Kərim, Bizim.Media
- A-
- A
- A+
COP29
10:50 / 22.06.2024
Xeyrindən çox ziyanı olan AĞRIKƏSİCİLƏRDƏN necə istifadə edək? - Terapevtdən QALMAQALLI AÇIQLAMA
Hazırda oxunan: Xeyrindən çox ziyanı olan AĞRIKƏSİCİLƏRDƏN necə istifadə edək? - Terapevtdən QALMAQALLI AÇIQLAMA
Hazırda oxunan: Xeyrindən çox ziyanı olan AĞRIKƏSİCİLƏRDƏN necə istifadə edək? - Terapevtdən QALMAQALLI AÇIQLAMA
Ağrıkəsicilərdən necə istifadə etməyi doğru olur? Məsləhət görülməyən ağrıkəsicilər haqqında terapevtin açıqlamaları.
198351
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.