“Koronavirusa yoluxma və ölüm hallarında nəzərəçarpacaq dərəcədə azalma olmasa, peyvəndləmədə 3-cü dozaya ehtiyac olacaq”.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Ankara Universiteti Yoluxucu Xəstəliklər kafedrasının müdiri, professor İsmayıl Balık bildirib. O, “BioNTech”in qurucusu ortağı professor Uğur Şahinin “Peyvəndin yalnız 9 ay, ən geci 12 ay sonra vurulacaq 3-cü dozası qorumanın gücləndirilməsini təmin edəcək” açıqlamasına münasibət bildirib.
MÖVZU İLƏ BAĞLI:
Koronavirusdan sonra iybilməni qaytarmağın TƏBİİ ÜSULU - VİDEO
İsmayıl Balıkın sözlərinə görə onsuz da Uğur Şahin də “9 ay, ya 1 il, ya da 2 il sonra təkrar dozanın vurula bləcəyini söyləyib:
“Biz bunun belə ola biləcəyini demişdik. Peyvəndləmə prosesi 2 ilə qədər davam edəcək. 2 ilin sonunda təkrar dozanın ikinci mərhələdə vurulan dozadan neçə müddən sonra yenidən vaksinasiya prosesinin tətbiq ediləcəyi dəqiqləşəcək.
İnaktif (qeyri-fəal, ləng, hərəkətsiz) peyvəndlərdə 3-cü dozanın vurulmasına ehtiyac olacaq. Bu cür peyvəndlərdə təkrar dozanın daha tez vurulmasına ehtiyac yarana bilər.
Məsələn, peyvəndin 2-ci dozasından 6 ay sonra təkrar doza lazım gələcək. Çünki pandemiya davam etdiyi müddətdə bizim də təkrar dozanı vurdurmağa davam etməyimiz gərəkdir”.
Professor onu da əlavə edib ki, xərçəng xəstəliyi səbəbiylə kimyaterapiya alanlar, böyrək çatışmazlığı olanlar, həmçinin dializli xəstələrdə 2-ci doza peyvənd təsirsiz olarsa, belə insanlara 3-cü dozanın vurulmasında fayda var.
Bizim.Media