Rusiyanın istehsalı olan “Kovivak” peyvəndi 8 ay toxunulmazlıq yaradır.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Çumakova adına İmmunobioloji Hazırlıqların Tədqiqatı və İnkişafı Mərkəzinin baş direktoru Aydar İşmuxamedov açıqlayıb.
MÖVZU İLƏ BAĞLI:
Rusiyada üçüncü yerli peyvənd qeydiyyata alındı
Onun sözlərinə görə “Kovivak” peyvəndindən sonra COVID-19-a qarşı toxunulmazlıq təxminən 8 ay davam edir. Peyvəndin immunitet yaratması isə 85 faizdir:
“Bu yüngül bir peyvənddir. Artıq apardığımız araşdırmalar göstərir ki, burada hüceyrə toxunulmazlığı da iştirak edir”.
Qeyd edək ki, ötən ay Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) peyvəndin qiymətləndirilməsi üçün sənədlər təqdim edilib.
Xatırladaq ki, Rusiya COVID-19-a qarşı üç peyvənd istehsal edib: “Sputnik V”, “EpiVacCorona” və Kovivak”.
Bizim.Media