Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın oğlu, Ədliyyə Nazirliyinin Əhalinin Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsində çalışan Mehdi Abdullayev işdən çıxarılıb.
Bizim.Media “qaynarinfo.az”a istinadən xəbər verir ki, o, nazir Fərid Əhmədovun imzaladığı əmrlə sərəncama götürülüb.
Belə ki, Prezidentin 4 iyun 2024-cü il tarixli Fərmanı ilə nazirlikdə struktur dəyişikliyi həyata keçirilib.
Müvafiq dəyişikliklərə əsasən, Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti ləğv edilib. Xidmətin rəis müavini vəzifəsini tutan Mehdi Abdullayev tutduğu vəzifədən azad olunaraq, sərəncama götürülüb.
Qeyd edək ki, M.Abdullayev 2022-ci ilin iyul ayında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin müşaviri vəzifəsindən azad olunaraq, sabiq ədliyyə naziri Fikrət Məmmədovun müvafiq əmri ilə sözügedən vəzifəyə təyin edilmişdi.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:43 / 21.06.2024
Kamal Abdullanın oğlu İŞDƏN ÇIXARILDI
Hazırda oxunan: Kamal Abdullanın oğlu İŞDƏN ÇIXARILDI
Hazırda oxunan: Kamal Abdullanın oğlu İŞDƏN ÇIXARILDI
Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın oğlu, Ədliyyə Nazirliyinin Əhalinin Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsində çalışan Mehdi Abdullayev işdən çıxarılıb. Nazir Fərid Əhmədovun imzaladığı sərəncamla işdən çıxarılma prosesi həyata keçirilmişdir.
198308
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.