“Yaxın zamanlarda sərnişin stansiyalarının əksəriyyətində Wi-fi zonaları olacaq. Artıq bu istiqamətdə işlərə başlanılıb. Yəqin ki, sentyabr ayından ADY-nin xidmətindən istifadə edənlər rahatlıqla Wi-fi-yə qoşula biləcəklər”.
Bunu Bizim.Media-ya açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşıma departamentinin rəhbəri Azər Fərəcov deyib.
O bildirib ki, noyabr ayında ölkəmizdə keçiriləcək COP29 konfransına diğər qurumlar kimi ADY da ciddi hazırlaşır:
“Məqsədimiz odur ki, yaxın zamanda həm ölkəmizə gələn qonaqlar, həm vətəndaşlarımız dəmir yolunun xidmətlərindən yetərincə istifadə etsinlər. Nəzərə alaq ki, hazırda turistlərin cəmi 10 faizi dəmir yolunun xidmətindən istifadə edir. Çalışırıq ki, həm xidmətin keyfiyyətini, həm də çeşidlərini artıraq. Bu hesaba da sərnişindaşımanın həcmini daha da böyüdək”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:05 / 21.06.2024
Dəmir yolu stansiyalarında bu tarixdən Wi-fi olacaq - RƏSMİ
Hazırda oxunan: Dəmir yolu stansiyalarında bu tarixdən Wi-fi olacaq - RƏSMİ
Hazırda oxunan: Dəmir yolu stansiyalarında bu tarixdən Wi-fi olacaq - RƏSMİ
Azərbaycan Dəmir Yollarının Sərnişindaşıma departamentinin rəhbəri Azər Fərəcov, noyabr ayında ölkədə keçiriləcək COP29 konfransı üçün Wi-fi xidməti ilə dəmir yolu stansiyalarında ciddi hazırlıq aparıldığını və hərəkət planlarının sentyabr ayından başladığını açıqlayıb.
198299
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.