Vitse-spikerdən növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı MÜHÜM AÇIQLAMA 

Hazırda oxunan: Vitse-spikerdən növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı MÜHÜM AÇIQLAMA 

198286

“Bu ilin noyabrında ölkəmizdə nüfuzlu COP29 tədbirinin keçirilməsi nəzərdə tutulur. Beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirilməsi də Azərbaycanın öhdəliklərindən biridir. Bu səbəbdən də parlamentə növbədənkənar seçkilərin keçirilməsi vacibdir”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin iclasında çıxış edən parlamentin vitse-spikeri, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli səsləndirib. 

“Növbədənkənar parlament seçkiləri fevralda keçirilmiş növbədənkənar Prezident seçkilərindən sonra ölkəmizin bütün suveren ərazilərində baş tutan ikinci seçkilərdir. Bütün bunları nəzərə alaraq, Hüquq siyasəti və dövlət quruculuğu komitəsi olaraq, Parlamentin buraxılması və növbədənkənar seçkilərinin keçirilməsi ilə bağlı Prezidentə müraciət edilməsini məqsədəuyğun hesab edirik”. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin