Doğum evində rüşvət qalmaqalı... Sosial şəbəkədə yayılan bir görüntüdə atadan "şirinlik" tələb olunduğu bildirilir.
Bizim.Media xəbər verir ki, Lökbatan Tibb Mərkəzinin tərkibindəki 4 saylı doğum evinin baş həkimi Kəmalə Heydərova “Xəzər Xəbər”ə açıqlamasında hadisənin rəhbərlik etdiyi tibb müəssisəsində baş verdiyini təsdiqləyib.
O, videogörüntüdəki ağ xalatlı şəxsin doğum evinin şöbə müdiri olduğunu deyib.
Baş həkim deyib ki, 6 aydır rəhbərlik etdiyi xəstəxanada ilk dəfədir bu kimi mənfi halla qarşılaşır.
TƏBİB-dən isə bildirilib ki, görüntülərdə əks olunan hadisə ilə bağlı hazırda araşdırılma aparılır. Araşdırma yekunlaşdıqdan sonra əlavə məlumat veriləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Bizim.Media