“Erməni lobbisinin Fransa rəhbərliyinə böyük təsiri var. Erməni lobbiçiləri Makrona seçki kampaniyalarını maliyyələşdirir. Ona görə də Makron erməni lobbisinə müsbət yanaşır və onları razı salmağa çalışır. Çünki seçicilərinin bir qismi də erməni millətinin nümayəndələridir.
Erməni lobbisi Fransada bu qədər güclü olduğuna görə rəsmi Parisin addımlarına təsir edir və buna uyğun olaraq Fransanın siyasəti anti-Azərbaycan siyasətinə çevrilir. Fransanın Azərbaycana qarşı yönəlmiş istənilən hərəkəti erməni lobbisi tərəfindən dəstəklənəcək”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Daria Qrevtsova deyib.
Ekspert Fransanın Ermənistanı silahlandırmasını erməni lobbisinin fəaliyyəti ilə əlaqələndirib:
“Təbii ki, silah tədarükü Azərbaycanı narahat edir və rəsmi Bakını narahatlığı tamamilə məntiqlidir. Bu cür silahların tədarükü, təbii ki, regionda sülhə və təhlükəsizliyə gətirib çıxarmır, əksinə, Ermənistanla Azərbaycan arasında təxribat və ziddiyyətlərə zəmin yaradır”, - deyə politoloq bildirib.
Politoloq qeyd edib ki, Ermənistanı silahlandırmaq yalnız Azərbaycana qarşı deyil, həmçinin Rusiyaya qarşı da atılan addımdır:
“Amma biz onu da başa düşməliyik ki, Ermənistan keçmiş MDB ölkəsidir, o, Rusiya ilə bir çox müttəfiq assosiasiyaların bir hissəsidir. Fransanın siyasəti təkcə anti-Azərbaycan deyil, həm də anti-Rusiya mahiyyəti daşıyır.
Fransa hər şeyin Rusiya üçün mənfi olmasına çalışır. Rusiyanın keçmiş tərəfdaşı olan Ermənistanı silahlandırmaqla Fransa Moskvanı regiondan sıxışdırıb çıxarmağı hədəfləyir. Təbii ki, Rusiya Fransanın anti-Azərbaycan ritorikasından hiddətlənir, lakin Fransaya qarşı konkret tədbirlər görmür. Çünki Moskva özünün digər problemlərinə daha çox diqqət yetirir.
Hazırda bu məsələdə ən fəal mövqeyi Azərbaycan tutur. Rəsmi Bakı, həqiqətən də, Fransanın əsl simasınını, ikiüzlü siyasətini, erməni lobbisinin Fransadakı fəaliyyətini və Makronun zəifliyini dünyaya göstərir. Ümumilikdə isə, Makronun Fransa əhalisi arasında reytinqi aşağıdır. Azərbaycan bunu çox fəal şəkildə işıqlandırır. Təbii ki, bu siyasət öz bəhrəsini verəcək və Azərbaycan Fransanın Cənubi Qafqaza müdaxilə cəhdlərinin qarşısını alacaq”, - deyə Daria Qrevtsova əlavə edib.
Xatırladaq ki, iyunun 17-də Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya işgüzar səfəri çərçivəsində Ermənistan Müdafiə Nazirliyi ilə Fransanın “KNDS” hərbi-sənaye şirkəti arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb. Müqaviləyə əsasən, Fransanın "KNDS" şirkəti "Caesar" özüyeriyən haubitsalarını Ermənistana ixrac edəcək.
Tehran Orucoğlu, Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:00 / 21.06.2024
Daria Qrevtsova: “Azərbaycan Fransanın regiona müdaxilə cəhdinin qarşısını alacaq” – ÖZƏL
Hazırda oxunan: Daria Qrevtsova: “Azərbaycan Fransanın regiona müdaxilə cəhdinin qarşısını alacaq” – ÖZƏL
Hazırda oxunan: Daria Qrevtsova: “Azərbaycan Fransanın regiona müdaxilə cəhdinin qarşısını alacaq” – ÖZƏL
Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Daria Qrevtsova, Azərbaycanın Fransanın regiona müdaxilə cəhdinin qarşısını alacağını vurğulayıb. Erməni lobbisinin Fransa rəhbərliyinə böyük təsiri olduğunu və Fransa-ERM komandasının Ermənistanı silahlandırmasının Azərbaycan və Rusiya üçün təhlükə yaradacağını söyləyib.
198136
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.