Yeni Kaledoniyanın xarici işlər naziri: “Fransanı xalqımızın hüquqlarını tanımağa çağırırıq” – VİDEO

Hazırda oxunan: Yeni Kaledoniyanın xarici işlər naziri: “Fransanı xalqımızın hüquqlarını tanımağa çağırırıq” – VİDEO

198130

“Son bir ay ərzində Fransa hökuməti bizə Yeni Kaledoniyada çox çətin günlər yaşadıb”.

Bizim.Media xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Bakı Təşəbbüs Qrupu tərəfindən iyunun 20-də BMT-də müstəmləkəçiliyə qarşı mübarizəyə dair keçiriləcək konfransda iştirak edəcək Yeni Kaledoniyanın xarici işlər naziri Mikael Forrest deyib.

Onun sözlərinə görə, hazırda bölgədə çoxsaylı hərbçilər var və bütün bunlar əhaliyə, əsasən də qadınlara, uşaqlara neqativ təsir göstərir.
Forrest bildirib ki, Yeni Kaledoniya xalqı Fransa polisinin zorakılığı ilə üzləşib. “Bu məsələni beynəlxalq səviyyədə qaldırmaq üçün bu gün buradayıq, Bakı Təşəbbüs Qrupu ilə birlikdə nə edə biləcəyimizi nəzərdən keçiririk. Bu gün burada olmaq bizim üçün çox vacibdir Yeni Kaledoniya BMT-nin dekolonizasiya siyahısındadır. Biz Fransanı Yeni Kaledoniya xalqının hüquqlarını tanımağa, beynəlxalq hüquqa hörmət etməyə çağırırıq”, - deyə Mikael Forrest qeyd edib.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin