Bu ölkə Ukraynaya yeni hərbi yardım paketi ayırıb

Hazırda oxunan: Bu ölkə Ukraynaya yeni hərbi yardım paketi ayırıb

198041

Danimarka Ukraynaya yeni hərbi yardım paketi ayırıb. Bu, artıq ardıcıl 19-cu yardım paketidir.

Bizim.Media xəbər verir ki, bu barədə Danimarka Müdafiə Nazirliyi məlumat yayıb.

“İyunun 18-də hökumət Xarici Siyasət Şurası ilə Ukraynanın təcili ehtiyaclarını və Ukraynanın özünümüdafiə qabiliyyətinin uzunmüddətli inkişafını dəstəkləyəcək 19-cu yardım paketi ilə bağlı məsləhətləşib”, - məlumatda deyilir.
Qeyd edilib ki, paket müttəfiqlərlə müdafiə sənayesindən alqı-satqı və transferlərə dair bir sıra müxtəlif müqavilələrin bağlamasını nəzərdə tutur.

Eyni zamanda, Danimarka tərəfindən hədiyyə edilən F-16 təyyarələrini dəstəkləmək üçün daha çox avadanlıq nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin