Cəlilabadda su bəndində boğulan gənclərlə bağlı yeni TƏFƏRRÜAT – FOTO 

Hazırda oxunan: Cəlilabadda su bəndində boğulan gənclərlə bağlı yeni TƏFƏRRÜAT – FOTO 

198037

Xəbər verdiyimiz kimi, Cəlilabadın Hamaraqışlaq kənd sakini olan iki gənc kənd ərazisində yerləşən su bəndində bataraq həlak olublar.

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, 2008-ci il təvəllüdlü Nihat Aşurov və 2004 təvəllüdlü İbrahim Həsənovun həlak olması ilə bağlı bəzi təfərrüatlar məlum olub.
 

MÖVZU İLƏ BAĞLI:

Cəlilabadda DƏHŞƏT – Çimməyə gedən iki gənc çayda BATIB – VİDEO


Hadisə Nihat su bəndində qoyunları sulayarkən bəndə yıxılması ilə başlayıb. Onun köməyinə yürüyən digər kənd sakini İbrahim Həsənov suya baş vurub.

Su üzərində hər iki şəxs çapaladıqdan sonra görünməz olduqda hadisəni uzaqdan izləyən şəxslər yürüyərək suya daxil olublar. Könüllü suya daxil olan sakinlər ilk olaraq Nihatın cansız bədənini sudan çıxarsalar da, İbrahimin axtarışı nəticə verməyib. Hadisə yerinə polis və müvafiq qrumların nümayəndələri çağırılıb. 

Hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri az müddətdə İbrahim Həsənovun meyitini sudan çıxarıb. Hər iki gəncin meyiti Cəlilabad Rayon Mərkəzi Xəstəxanası Tbbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə təhvil verilib.

Cəlilabad rayon icra başçısının Hamaraqışlaq kənd nümayəndəsinin müavini Firudin Almasov bildirib ki, boğulma hadisəsi ilə bağlı müvafiq hüquqi araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Nihat Aşurov orta məktəbin sonuncu sinif şagirdi imiş. İbrahim Həsənov isə hərbi xidmətlə bağlı xüsusi toplanışdan cəmi bir neçə gün əvvəl qayıdıb. 




Sabutay, Bizim Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin