Ermənistan Fransadan 36 ədəd “Caesar” ALDI

Hazırda oxunan: Ermənistan Fransadan 36 ədəd “Caesar” ALDI

198030

Ermənistan Fransadan 36 ədəd “Caesar” özüyeriyən artilleriya sistemi alıb.

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Fransanın “Le Figaro” jurnalının direktor müavini, jurnalist Jan-Kristof Buisson “X” sosial şəbəkəsində yazıb.

O bildirib ki, bu silahlar 15 ay ərzində Ermənistana çatdırılacaq. 

İrəvan və Parisin “Caesar” texnikasının alınması ilə bağlı saziş imzalaması faktını daha əvvəl Fransanın müdafiə naziri Sebastyan Lekornu açıqlamışdı.
Qeyd edək ki, iyunun 18-də Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin