Serbiya liderindən dəhşətli XƏBƏRDARLIQ - 3 aya elə bir fəlakət olacaq ki…

Hazırda oxunan: Serbiya liderindən dəhşətli XƏBƏRDARLIQ - 3 aya elə bir fəlakət olacaq ki…

198022

Rusiya ilə Qərb arasında heç vaxt kompromis olmayacağını deyən Serbiya prezidenti Aleksandar Vuçiç 3-4 aydan sonra dünyada böyük bir qarşıdurmanın olacağını bildirib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Serbiya lideri iyunun 12-də İsveçrənin həftəlik "Die Weltwoche" jurnalına müsahibəsində dünya müharibəsinin mümkünlüyü ilə bağlı sualı belə cavablandırıb:

"Üçüncü dünya müharibəsindən danışa bilmərəm, amma böyük münaqişədən danışıram. İnanıram ki, biz bundan uzaq deyilik. Bunun daha tez baş verməsi təhlükəsi var”.

O Rusiya ilə Ukrayna arasında vəziyyətin hər gün daha da pisləşdiyini qeyd edib:
“Böyük dövlətlər heç nə etməsələr, biz Ukraynada baş verənlərin acı sonunu görəcəyik.Əminəm ki, qısa zamanda əsl fəlakət görəcəyik".

Onun fikrincə, Qərb Ukraynada uduzmağa tab gətirə bilməz, ABŞ və NATO üçün bu, geosiyasi vəziyyətlərinin pisləşməsi deməkdir:

“Həmçinin Putin müharibəni uduzsa, hər şeyini itirəcək. Hər iki məğlubiyyəti özünə rəva görmür. Buna görə də mən açıq şəkildə bəyan edirəm ki, biz əsl fəlakətə yaxınlaşırıq”.

O əlavə edib ki, bunun qarşısını almaq üçün heç bir yol görmür:

“Bu gün mən neft, şəkər, duz – hər şey, bütün ehtiyatlarımızla bağlı məlumatları yoxladım, çünki gələcəyin hamımıza nə gətirəcəyini bilmirəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin