Səfir: İtaliya Bakıda keçiriləcək COP29-da çox yüksək səviyyədə təmsil olunacaq

Hazırda oxunan: Səfir: İtaliya Bakıda keçiriləcək COP29-da çox yüksək səviyyədə təmsil olunacaq

198002

İtaliya Bakıda keçiriləcək COP29-da çox yüksək səviyyədə təmsil olunacaq.

Bizim.Media xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko bildirib.

“Azərbaycan hökumətini belə mühüm tədbirə ev sahibliyi etmək öhdəliyini üzərinə götürdüyünə görə təbrik etmək istərdik. Ümumiyyətlə, İtaliya COP29-da çox yüksək səviyyədə təmsil olunacaq”, - diplomat deyib.

Səfir əlavə edib ki, konfransın gündəliyinə Dubayda keçirilmiş COP28-də qaldırılan iqlim dəyişikliyi, dayaqıqlılıq və digər aspektlər kimi məsələlər daxildir.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabr ayında Bakıda keçiriləcək. Bu barədə qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28-in plenar iclasında qəbul edilib. Tədbir çərçivəsində Azərbaycanın paytaxtı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin