Rusiyadan Ermənistana sərt XƏBƏRDARLIQ

Hazırda oxunan: Rusiyadan Ermənistana sərt XƏBƏRDARLIQ

198000

Fransanın Ermənistana "Sezar" özüyeriyən artilleriya qoşunları tədarük etməsi Cənubi Qafqazda növbəti silahlı qarşıdurmaya səbəb ola bilər.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bildirib.

O qeyd edib ki, Fransa Ermənistanın maraqlarını rəhbər tutmur.
Xatırladaq ki, Fransadan Ermənistana "Sezar" silahlarının tədarükü barədə saziş imzalanıb.

“Sezar" özüyeriyən artilleriya qurğusu 155 mm çapa malikdir və dəqiqədə təxminən 6 mərmi atarkən 42 km-ə qədər məsafədə atəş açmaq qabiliyyətinə malikdir. Təmasda olmayan detonatorlar havada mərmi partlatmağa imkan verir. Yolda 80 km/saata, yolsuzluqda isə 50 km/saata qədər sürətlə hərəkət edə bilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin