“Milyonlarla insan quraqlıqdan əziyyət çəkir”- ÜST-nın Baş direktoru

Hazırda oxunan: “Milyonlarla insan quraqlıqdan əziyyət çəkir”- ÜST-nın Baş direktoru

197971

“Milyonlarla insan havanın temperaturunun artımından və quraqlıqdan əziyyət çəkir”.

Bizim.Media xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus Bakıda “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda keçirilən yüksək səviyyəli görüşün iştirakçılarına videomüraciətində deyib.

“İqlim dəyişikliyi səhiyyə üçün çağırışdır. İqlimlə bağlı humanitar fövqəladə halların miqyası artır. İqlim dəyişikliyi malyariya kimi xəstəliklərin yayılmasına kömək edir”, - ÜST rəhbəri bildirib.

O qeyd edib ki, iqlimlə bağlı tədbirlər hər il milyonlarla insanın həyatını xilas edə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin