“Paşinyan Konstitusiyanın dəyişdirilməsi ilə bağlı referenduma gedəcək” – Rusiyalı politoloq

Hazırda oxunan: “Paşinyan Konstitusiyanın dəyişdirilməsi ilə bağlı referenduma gedəcək” – Rusiyalı politoloq

197955

“Ermənistanın bu gün də erməni müxalifətinin təbliğ etməkdə davam etdiyi revanşizm və millətçilikdən əl çəkməsi düzgün olardı. Millətçilik heç vaxt heç kimə xeyir gətirməyib.

Ermənistanın bir nömrəli vəzifəsi qonşuları ilə münasibətləri normallaşdırmaq, iqtisadi inkişafla, sosial siyasətlə məşğul olmaqdan, qonşularına qarşı ərazi iddialarından əl çəkməkdən ibarətdir”.

Bizim.Media xəbər verir ki, bunu Rusiyalı politoloq Aleksandr Razuvayev yerli KİV-lərə müsahibəsində deyib.

O bildirib ki, “Qarabağ klanı”nın ideyaları Ermənistanı bu gün yaxşı heç nəyə gətirib çıxarmayıb və çıxartmayacaq da:

“Sovet İttifaqının dağılması Qarabağdan başladı. SSRİ-yə ilk zərbə daşnak millətçiliyi oldu.

Bugünkü müxalifətin mövqeyi - qisas ideyası - öldürücü mövqedir.

Müxalifət müdrik olmalıdır. Amm indiki erməni müxalifəti müdriklikdən çox uzaqdadır. Onların əsas diqqəti real olmayan şeylərə - qisas almağa yönəlib. Lakin, onlar unudurlar ki, heç kim heç bir hakimiyyət bu sərsəm ideyalara görə döyüşə getməyəcək.

Uzun müddətdir bu haqda danışılan Paşinyanın Ermənistan üçün yeni tarixi səhifə açmaq imkanı var. O, “Qarabağ klanı”na mənsub deyil və son illərin bütün hadisələri göstərir ki, o, həqiqətən də konstruktiv və effektiv daxili siyasətlə Ermənistanı millətçilik meyillərindən təmizləyə bilər. Paşinyanın Ermənistanın bütün əvvəlki liderlərinə qarşı “kozır” var. O, ölkəni dirçəlda bilər. O, Azərbaycanla sülh prosesində müsbət addımlar atmağa çalışır, bu, faktdır. Türkiyə ilə yaxınlaşmağa da həmçinin...”

Rusiyalı politoloq onu da qeyd edib ki, Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı gələcək proseslərə görə referendumun keçirilməsinə icazə verib:

“O, xalqla məsləhətləşir. Tamamilə mümkündür ki, növbəti addım konstitusiyanın dəyişdirilməsi, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının oradan çıxarılması ilə bağlı referendum olsun. Bundan əlavə, investorlar üçün ərazi iddialarının olması potensial qaynar nöqtə deməkdir. Ermənistanın baş naziri öz ölkəsi üçün düzgün yol seçməyə çalışır - irəliləyir, qonşularla münasibət qurur. Səhv olan yeganə şey Rusiya ilə münasibətlərdəki siyasətdir.

Bu gün Ermənistan hakimiyyəti Qərbin ölkənin əsas tərəfdaşı olmasını istəyir. Bunun düzgün seçim olma ehtimalı azdır. Ermənistanın Rusiya ilə konstruktiv münasibətlərinin olması vacibdir. Həqiqətən də İrəvanın Rusiya Federasiyası ilə problem yaratması problemdir”.

Aleksandr Razuvayev xüsusilə vurğulayıb ki, Ermənistan İsveçrədə Ukrayna üzrə sülh sammitinin yekun sənədini imzalamayıb:

“Bunu nəzərə almaq lazımdır. İrəvan Rusiya ilə böyük problemlərin olmasını istəmir, baxmayaraq ki, nə qədər qalmaqallı səslənsə də, buna can atır. İndiki baş nazir qərbyönlü siyasətçidir, çox hiyləgər siyasətçidir - o, çoxlarının düşündüyündən qat-qat hiyləgərdir və öz xəttini qurmağa çalışır.

Fakt budur ki, Ermənistanın hazırkı rəhbərliyinin özünü necə aparmasından asılı olmayaraq, Rusiya öz qonşuları ilə konstruktiv qarşılıqlı fəaliyyətə və iqtisadi əməkdaşlığa diqqət yetirir. Biz diplomatik yolu seçirik”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin