Bayden 500 min miqranta vətəndaşlıq verə bilər

Hazırda oxunan: Bayden 500 min miqranta vətəndaşlıq verə bilər

197939

ABŞ prezidenti yüz minlərlə qanunsuz miqranta vətəndaşlıq hüququ verməklə bağlı göstəriş verib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Ev administrasiyası yaxın aylarda ABŞ vətəndaşlarının hüquqi statusu olmayan ərlərinin (arvadlarının) daimi yaşayış hüququ və ölkəni tərk edib qayıtmağa ehtiyac qalmadan vətəndaşlıq üçün müraciət etmələrinə icazə verəcək.

Prezident Co Baydenin qərarı təxminən 500 min nəfəri əhatə edəcək. Bu tədbir ABŞ-da miqrantların son onilliklərdə ən geniş federal müdafiəsi hesab edilir və seçki prosesində hazırki prezidentin xeyrinə işləyəcəyi ehtimal olunur.

Qeyd edək ki, bu yaxınlarda Co Baydenin cənub sərhədlərini bağlamaqla bağlı kəskin qərarı ölkədə geniş narazılığa səbəb olmuşdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin