Ukraynaya silah tədarükü ilə bağlı NATO-da yaradılan qərargahın strukturu formalaşıb

Hazırda oxunan: Ukraynaya silah tədarükü ilə bağlı NATO-da yaradılan qərargahın strukturu formalaşıb

197928

ABŞ dövlət katibi Antoni Blinken Ukraynaya silah tədarükünün logistikasını təmin etmək üçün Almaniyanın Visbaden şəhərində yaradılan qərargahın strukturunun formalaşdığını təsdiqləyib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu amerikalı diplomat NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib.

“Biz ittifaq olaraq gələcəyə çox ciddi öhdəliklər götürərək Ukraynaya davamlı dəstəyi nümayiş etdiririk və onun alyansa üzvlüyü üçün möhkəm körpü yaradırıq.

Biz Visbadendə NATO komandanlığını yaradırıq, təlim, hərbi yardım, avadanlıqların ötürülməsi, təmiri və texniki xidməti əlaqələndiririk”, o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin