Xəbər verdiyimiz kimi axşam saatlarından rayon ərazisində leysanla müşayət olunan güclü külək əsib. Leysan yağışları ilə müşayət oluanan güclü külək nəticəsində Qaraməryəm- İsmayıllı -Şəki avtomobil yoliunun  Oğuzun  Bayan kəndindən keçən hissəsində bir neçə irigövdəli ağac yola aşıb. Nəticədə avtomobil yolunda nəqliyyatın hərəkətində bir müddət məhdudiyyət yaranıb.  
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayon Fövqəladə Hallar Komissiyası və müvafiq qurumların əməkdaşları hadisə yerinə cəlb edilərək ağacların təmizlənməsini həyata keçirib.
 
MÖVZU İLƏ BAĞLI:
Oğuzda güclü külək irigövdəli ağacları avtomobil yoluna aşırıb - FOTO
Artıq avtomobil yolunda nəqliyyatın hərəkəti tam bərpa olunub. 
Yeri gəlmişkən gün ərzində bölgə rayonlarında 35-38 dərəcə isti hava şəraiti müşaidə olunduğu halda axşama doğru qeyri-sabit hava ilə əvəzələnib. Bölgə rayonlarında şimşək çaxıb, leysan yağıb, güclü külək əsib. 
Bölgənin digər rayonlarında fəsadların olub-olmadığı Fövqəladə hallar Komissiyası tərəfindən araşdırılır. 
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu































































































