Zaur Kamal keçmişdəki çətinliklərindən danışdı - VİDEO

Hazırda oxunan: Zaur Kamal keçmişdəki çətinliklərindən danışdı - VİDEO

19788

ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı aparıcı Zaur Kamal olub. 

Bizim.Media xəbər verir ki, aparıcı Bakıya ilk gəldiyi illərdə çəkdiyi çətinliklərdən danışıb:

"Bacımla Bakıya gəldik. Harda qalacağımız barədə düşündük. Minayə xala adlı bir xanımın evində kirayə qaldıq. Ona ömrümün sonuna qədər borcluyam. Bacı-qardaş orda çox kiçik bir otaqda qalırdıq.

Rayondan valideynlərimiz pul göndərirdi. Amma məndə bir pis vərdiş vardı, geyimə çox pul verirdim. Göndərilən pulla gedib geyim alırdım, sonra yemək almağa pulumuz olmurdu, ac qalırdıq.

Bacım da həmişə buna görə danlayırdı. Evdə soyuducu ortaq idi. Həm ev sahibi, həm də biz yeməklərimizi ora qoyurduq. Dərsdən ac gəlirdim. Soyuducunu açanda yeməyə heç nəyimiz yox idi. Məcbur qalıb ev sahibinin yeməklərini götürürdük. Oğurluq edirdik. Özümə sığışdırmırdım, çox pis olurdum, amma məcbur idim. Onlar da bilirdilər. Bacım məni danlayırdı ki, belə etmə. Deyirdim axı acıq".

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin