İyunun 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bizim.Media Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, mülayim şimal-qərb küləyi səhər və gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-38°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 10-15° isti, gündüz 19-24° isti olacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:24 / 18.06.2024
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
Hazırda oxunan: Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
Hazırda oxunan: Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq. Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-38° arasında dəyişəcək. Yağışlar gözlənilir. Bizim.Media
197841
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.