“Bəzi sosial media səhifələrində iyunun 14-də gecə saatlarında Sumqayıt şəhərində şəhər sakini 37 yaşlı Elvin İsgəndərovun polis bölməsində xəsarətlərdən ölməsi ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir”.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunub ki, Sumqayıt şəhərində kafelərin birində sərxoş vəziyyətdə bir neçə şəxs arasında münaqişə olması ilə bağlı daxil olan məlumat üzrə saat 23:30 radələrində polis əməkdaşları həmin ünvana yaxınlaşıblar:
“Tərəflər arasında yaranan gərginlik aradan qaldırıldıqdan sonra onlar bölməyə dəvət ediliblər. Onlardan E.İsgəndərov bölmənin qarşısında, dayandığı yerdə qəfil müvazinətini itirərək yerə yıxılıb. Hadisə bir neçə nəfərin, qohumlarının, dostlarının, qardaşların yanında və müşahidə kamerasının altında baş verib.
Təcili tibbi yardım dəvət olunmasına baxmayaraq, E.İsgəndərov vəfat edib. Həkim rəyinə əsasən, onun ölümünə səbəb qaraciyər serrozu və ürəktutma olub. Qeyd olunanları nəzərə alaraq, vətəndaşın ölümündə hər hansı kənar müdaxilə olması iddiaları əsassızdır. Hazırda ölüm faktı aidiyyəti üzrə araşdırılır, kamera görüntüləri də araşdırmaya təqdim edilib”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:14 / 17.06.2024
Bölmənin qarşısında ölən şəxslə bağlı təfərrüat - Rəsmi
Hazırda oxunan: Bölmənin qarşısında ölən şəxslə bağlı təfərrüat - Rəsmi
Hazırda oxunan: Bölmənin qarşısında ölən şəxslə bağlı təfərrüat - Rəsmi
197776
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.