23 il əvvəl ağır cinayətlərdə təqsirli bilinərək ömürlük məhkum edilmiş Emin və İlham Baqqayev qardaşları azadlığa çıxmaq istəyirlər.
Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, Baqqayev qardaşları ərizələrində çəkdikləri cəzanın yetərli hesab edilməsini, ömürlük həbsin müddətli cəza ilə əvəz edilərək azadlığa buraxılmalarını xahiş ediblər.
Qaradağ Rayon Məhkəməsi onların xahişini qəbul etməyib. Hakim qardaşların həbslərinin davamına qərar verib.
Qeyd edək ki, Baqqayev qardaşlarının iştirak etdiyi hadisə 2001-ci ildə Zaqatala rayonunda baş verib. Onlar digərləri ilə əlbir olaraq polisə və hərbi hissəyə hücum edib, Şeyx Şamillin büstünü partladıblar.
3 nəfərin ölümü, 7 nəfərin ağır yaralanması, dövlət və şəxsi mülkiyyətin məhv edilməsinə görə cinayətkar dəstənin rəhbərlərindən olan Emin və İlham Baqqayev qardaşları və Emin Mollayev ömürlük, digərləri 15 ilə kimi azadlıqdan məhrum ediliblər.
Bundan başqa, hadisədə iştirak etdikləri üçün 16 nəfər axtarışa verilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:37 / 17.06.2024
23 ildir həbsdə olan məşhur qardaşlar azadlıq istədi - HAKİMDƏN "YOX" CAVABI
Hazırda oxunan: 23 ildir həbsdə olan məşhur qardaşlar azadlıq istədi - HAKİMDƏN "YOX" CAVABI
Hazırda oxunan: 23 ildir həbsdə olan məşhur qardaşlar azadlıq istədi - HAKİMDƏN "YOX" CAVABI
23 ildir həbsdə olan məşhur qardaşlar Emin və İlham Baqqayev azadlıq istəyirlər, lakin hakim "yox" cavabı verib. Onların 2001-ci ildə Zaqatala rayonunda polisə və hərbi hissəyə hücum edib və cinayət işlədiyi hadisədə 3 nəfər ölüb, 7 nəfər yaralanıb.
197743
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.