Jurnalist Sərxan Kamallı doğulduğu Yevlax rayonunda torpağa tapşırılıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, mərhumun vida mərasimi Yevlax şəhərində keçirildikdən sonra onun cənazəsi rayonunun Qoyun binası kənd qəbiristanlığında dəfn olunub.
MÖVZU İLƏ BAĞLI:
Tanınmış jurnalist vəfat etdi
Mərasimdə jurnalistin doğmaları, məsləkdaşları və rayon sakinləri iştirak edib.
Qeyd edək ki, Sərxan Kamallı Baku TV-nin redaktoru işləyirdi. Daha əvvəl isə bir çox media qurumlarında işləyib.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu