İsrailin Baş naziri Benyamin Netanyahu ölkədə fövqəladə hərbi kabinetin fəaliyyətini dayandırdığını elan edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.
Bu qərarın İsrail müxalifətinin lideri Benni Qantsın koalisiyanı tərk etməsindən sonra verildiyi qeyd olunur.
Belə ki, fövqəladə hərbi kabinetin üzvü olan Qants Qəzza zolağının müharibədən sonrakı gələcəyi ilə bağlı Netanyahu ilə fikir ayrılığına görə iyunun 9-u hökumətdən istefa verdiyini açıqlamışdı.
Xatırladaq ki, fövqəladə hərbi kabinet 2023-cü ilin oktyabrın 7-dən 4 gün sonra, oktyabrın 11-i HƏMAS ilə mübarizə üçün yaradılmışdı.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:28 / 17.06.2024
Netanyahu fövqəladə hərbi kabineti buraxdı
Hazırda oxunan: Netanyahu fövqəladə hərbi kabineti buraxdı
Hazırda oxunan: Netanyahu fövqəladə hərbi kabineti buraxdı
İsrail Baş naziri Benyamin Netanyahu fövqəladə hərbi kabinetin fəaliyyətini dayandırdığını açıqlayıb, kabinet üzvü Benni Qants istefa verib.
197701
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.