ABŞ dövlət katibinin müavini 3 gün İrəvanda olacaq - FOTO

Hazırda oxunan: ABŞ dövlət katibinin müavini 3 gün İrəvanda olacaq - FOTO

197657

ABŞ dövlət katibinin idarəetmə və resurslar üzrə müavini Riçard Verma iyunun 17-19-da İrəvana rəsmi səfərdə olacaq.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin press-relizində bildirilib.

Departament bəyan edib ki, Riçard Verma baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək.

“Bu səfər bizim erməni xalqı ilə ikitərəfli münasibətləri daha da gücləndirmək niyyətimizi nümayiş etdirir”, - məlumatda deyilir.

Qeyd olunur ki, dövlət katibinin müavini Verma Kaliforniya, Kanzas, Miçiqan, Montana və Pensilvaniya ştatlarının icma nümayəndələri və ştat rəsmilərindən ibarət nümayəndə heyətinə rəhbərlik edəcək.

Onu Dövlət Departamentinin yeni yaradılmış çoxmillətli diplomatik komandasına rəhbərlik edən dövlət və bələdiyyə diplomatiyası üzrə xüsusi nümayəndə Nina Xaçiqyan və kommersiya və biznes məsələləri üzrə xüsusi nümayəndə Sara Morgenthau müşayiət edəcək.
Nümayəndə heyəti həmçinin dövlət və özəl sektor və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin