Ağalı sakinləri ikinci ildir Qurban bayramını böyük ruh yüksəkliyi ilə öz doğma yurdlarında qeyd edir. Bu il də kənd ərazisində qurbanlıq heyvanların kəsilməsi üçün səyyar çadır məntəqəsi qurulub.
Bizim.Media xəbər verir ki, Ağalı sakinləri də bu il qurbanlıq heyvanlarını öz doğma yerlərində kəsiblər. Kənddə kəsim və satışın norma və qaydalara uyğun həyata keçirilməsi üçün səyyar çadır məntəqəsi qurulub.
Çadır məntəqədə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanların əhaliyə təqdim olunması üçün lazımı şərait yaradılıb.
Qeyd edək ki, Qurban bayramın müvafiq norma və qaydalar çərçivəsində təşkilinə dəstək verən nəzarət tədbirlərinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bayram günlərində müvafiq qurumlarla birgə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək.
Bizim.Media