İsveçrədə Ukrayna ilə bağlı keçirilən Sülh Sammitində gözlənilməz hadisə yaşanıb.
Bizim.Media xəbər verir ki, Sammit iştirakçıları kollektiv foto çəkdirərkən anidən Litva Prezidenti Gitanas Nausedanın səsi eşidilib.
O, yüksək səslə “Ukraynaya eşq olsun! şüarını səsləndirib. Bunun ardınca isə Sammit iştirakçıları “Qəhrəmanlara eşq olsun!” şüarını dilə gətiriblər.
Ukrayna mətbuatında qeyd edilib ki, Litva prezidentinin dilindən eşidilən şüar və kollektiv cavab protokolda əvvəlcədən razılaşdırılmayıb.
Bizim.Media