Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş bu gün Bakıda daha bir neçə idman obyektləri ilə tanış olub.
Bizim.Media xəbər verir ki, portuqaliyalı mütəxəssis əvvəlcə “Azərsun Arena”, “Qarabağ”ın bazası, daha sonra “Neftçi Arena” və “Neftçi” Futbol Mərkəzindəki son durumla, eyni zamanda AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində yaradılan şəraitlə tanış olub.
Fernandu Santuş iyunun 13-də “Liv Bona Dea Arena”, Milli Komandaların Təlim-Məşq Mərkəzi, Bakı Olimpiya Stadionu, “ASCO Arena” və Tofiq Bəhramov adına Respublika Stadionunda olub.
Rəşad Rafiqoğlu, Bizim.Media